featured-image-65655

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının cari mövsümündə komandasının çıxışını dəyərləndirib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis mayın 31-də “İnter”ə qarşı keçiriləcək final oyununa da toxunub:

“Bu Çempionlar Liqasında baş verən hər şeyi təhlil etsək, məncə, bu, əla triller və ya qorxu filmi olardı. Çünki bu turnirdə hər şeydən azacıq da olsa, var idi. Liqa mərhələsindəki bütün oyunlarda, xüsusən də evdə, biz daha yaxşı nəticələrə layiq idik, lakin sadəcə olaraq alınmadı. Finişimiz demək olar ki, gülməli alındı. Sanki bura qədər hər şeyi düzgün etdiyimiz üçün finala çıxdıq.

Sonra biz inkişaf etməyə, böyüməyə davam etdik. Qazandıqlarımızla fəxr etməliyik. Bununla belə, biz işi bitirməliyik. Çünki həqiqətən istəyimiz tarix yazmaqdır. Biz heç vaxt oyun üslubumuzdan kənara çıxmamışıq və ardıcıl olaraq hazırlıq prinsiplərimizə əməl etmişik. Statistikaya nəzər salsanız, bizdə çox vaxt meydanda rəqiblərindən üstün olan, daha çox şans yaradan, daha az qol buraxan, lakin sadəcə olaraq şanslarını dəyərləndirə bilməyən komanda görə bilərsiniz”.

Qeyd edək ki, PSJ Liqa mərhələsini15-ci pillədə başa vuraraq, pley-offa adlamışdı.

Bənzər xəbərlər