"Bu epizod həyatımı dəyişə bilərdi" - Kolo Muani
Fransa millisinin hücumçusu Randal Kolo Muani dünya çempionatının finalında Argentina ilə oyunu xatırlayıb.
Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, futbolçu həlledici oyunun əlavə vaxtında qapıçı Emiliano Martineslə təkbətəkdən məğlub ayrılmasını şərh edib:
“Bu epizod mənim həyatımı dəyişə bilərdi. Hər kəs kimi mən də həmin anı unutmaq istərdim. Epizoda bir daha baxanda başa düşürəm ki, başqa variantlarım da var idi. Lakin meydanda hər şey çox tez baş verir”.
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının Argentina – Fransa oyununun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Cənubi amerikalılar oyunsonrası penalti zərbələri ilə qalib gəliblər – 4:2.
ANAR ABDULLAYEV







