featured-image-30285

“Valensiya” ilə İspaniya La Liqasının 35-ci turunun oyununda “Real”ın hücumçusu Vinisius Juniorun ünvanına irqçi təhqirlər səsləndirilib.

Msport.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri matçın gedişində braziliyalı futbolçunu “meymun” deyərək təhqir ediblər.

22 yaşlı vinger sosial şəbəkədə məsələyə münasibət bildirib:

Bu birinci, ikinci, üçüncü dəfə deyil ki, baş verir. İrqçilik La Liqa üçün normaldır. La Liqa rəhbərliyi bunu normal sayır, federasiya da. Mən çox təəssüf edirəm.

Nə vaxtsa, Ronaldinyoya, Ronaldoya, Kriştianoya, Messiyə məxsus olan çempionat indi irqçilərə məxsusdur. Məni qəbul edən əla ölkədir, mən də bu ölkəni sevdim. Bunu qəbul etməyən ispanlara görə təəssüf edirəm, lakin bu gün Braziliyada İspaniya irqçilər ölkəsi kimi tanınıb. Hər həftə baş verənlərə üzümü çevirib gedə bilmərəm. Mən güclüyəm və sonadək irqçilərin əleyhinə gedəcəm”.

İQeyd edək ki, ikinci hissəyə əlavə olunmuş vaxtda Madrid klubunun üzvü “Valensiya”nın futbolçuları ilə mübahisə edib. Hər şey “Real”ın müdafiəçisi Antonio Ryüdiqerin topu ona vermək istəməyən Yunus Musanı sinəsindən itələməsindən sonra başlayıb.

İnsident zamanı Vinisius arxadan onun boğazından tutan Uqo Duronun üzünə zərbə endirib.

Epizoda VAR-da baxan baş hakim Rikardo Benqoeçea Vinisiusa əvvəlcə göstərdiyi sarı vərəqəni qırmızı ilə əvəz edib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər