"Bu lənətəgəlmiş kuboku qazanmaq elə çətindir ki!" - Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının finalında “İnter” üzərində qələbədən (1:0) sonra fikirlərini bölüşüb. Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis yorğun olduğunu deyib:
“Sakitəm, raziyam. Bu lənətəgəlmiş kuboku qazanmaq elə çətindir ki! Bu turnir pul sikkəsinin göyə atılması kimi bir şeydir. Ancaq biz hazır idik.
Oyuna gəlincə, məncə, cərimə meydançasında daha yaxşı müdafiə olunuruq. Hətta səhv edəndə belə, təəssürat yaranır ki, daha səliqəli oynayırıq.
Bizim heç də ən yaxşı oyunumuz deyildi. Lakin bunu bilirik. Bəxtimiz gətirsə, gələcəkdə final oynasaq, daha yaxşı təsir bağışlayacağıq”.
ANAR