featured-image-23765

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının pley-off mərhələsində “Barselona” üzərində qələbəni (2:1) şərh edib.

Msport.az xəbər verir ki, niderlandlı mütəxəssis Avropanın ən yaxşı komandalarından birini məğlub etdiklərini deyib:

“Əgər sən Avropanın hazırda ən güclü klublarından biri olan “Barselona”nı məğlub edirsənsə, hiss edirsən ki, istənilən komanda üzərində qələbə qazana bilərsən.

“Barsa” La Liqada “Real”ı 8 xal qabaqlayır. Onları Superkubokda 3:1 hesabı ilə məğlub edib. Biz gördük ki, “Real” bu həftə “Liverpul”la necə oynadı. Odur ki, çox güclü komandanı keçmişik. Bizim istənilən yaxşı klub üzərində qələbə qazanmaq potensialımız var.

Bəli, bu mənim “Mançester Yunayted”də ən yaxşı qələbəm idi. Bizim  “Liverpul” və “Arsenal” üzərində evdə inamlı qalibiyyətlərimiz olub. Lakin “Barselona”nı pley-offdan çıxarmaq bu, böyük nəticədir”.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər