featured-image-71301

“Liverpul” İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa”” üzərində qələbə qazanıb – 2:0.

Msport.az xəbər verir ki, meydan sahiblərinin heyətində ilk qolu Muhammed Salah vurub. Misirli hücumçu matçdan sonra oyunu dəyərləndirib:

“Bu gün mütləq qalib gəlməli idik. Premyer Liqada və Çempionlar Liqasında bir neçə məğlubiyyətimiz oldu. Şadam ki, yenidən qələbə qazandıq, bu, böyük oyunlar öncəsi çox vacib idi.

Bu mövsüm bizim üçün ağır keçir. Çünki bir neçə yeni oyunçu gəlib, çox yaxşı futbolçulardır, amma onlara adaptasiya üçün vaxt lazımdır. Həmçinin biz bir neçə oyunçunu da itirmişik.

Oyun planında bir-birimizə öyrəşmək üçün bir qədər vaxt lazımdır. Lakin inanıram ki, hər şey yaxşı olacaq”.

Bənzər xəbərlər