featured-image-44928

“Bu, mövsümün ən vacib matçıdır”.

Msport.az xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə keçiriləcək cavab oyunundan əvvəl deyib.

Mütəxəssis hədəflərinin növbəti mərhələyə vəsiqə qazanmaq olduğunu bildirib: “Çempionlar Liqasının 1/4 finalına çıxmağımızdan dörd il keçdiyi üçün motivasiya və ilham alırıq. Biz A Seriyasının hazırkı çempionu olan güclü rəqibə qarşı mübarizə aparmalıyıq. Ümid edirəm ki, “Barselona” azarkeşləri sehrli axşam keçirəcəklər”.

Qeyd edək ki, “Barselona” – “Napoli” qarşılaşması bu gün keçiriləcək. Neapoldakı ilk görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bənzər xəbərlər