featured-image-25961

Martın 24-də Azərbaycan milli komandası ilə AÇ-2024-ün seçmə mərhələsinin oyunundan əvvəl Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik və kapitan Marsel Zabitser jurnalistlərin önünə çıxıblar. Msport.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu əsas əqsədlərinin qitə çempionatına vəsiqə qazanmaq olduğunu deyib:

“Start oyununda qələbə qazanmaq bizim dəqiq hədəfimizdir. Biz öz rəqiblərimizi yaxşı təhlil etmişik, onların güclü və zəif tərəflərini bilirik. Biz Avro-2024-də olmaq istəyirik.

Zabitser Azərbaycan qarşısında diqqətli oynamalı olduqlarını deyib:

“Kiçik futbol ölkələri artıq inkişaf edirlər. İnanıram ki, detallar oyunun taleyini həll edəcək. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik”.

AYXAN 

Bənzər xəbərlər