featured-image-29598

“İnter”in müdafiəçisi Alessandro Bastoni hesab edir ki, Çempionlar Liqasında hələ yarımfinalın taleyi həll olunmayıb.

Msport.az xəbər verir ki, Simone İndzaginin komandası ilk oyunda 2:0 hesabı ilə qələbə qazanıb.

“Başa düşürdük ki, bu necə vacib görüşdür, ona görə də çox şadıq. Amma bu qələbədən başımızı itirməməliyik. Altı gündən sonra bizi daha bir ağır oyun gözləyir.

Hər gün bu cür matçlarda iştirak etmirsən. Bu Çempionlar Liqasının yarımfinalıdır. Yaxşı başlamaq istəyirdik, bunu da elədik” – Bastoni belə deyib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər