featured-image-26804

“Bayern Münhen”in müdafiəçisi Bemjamin Pavar Almaniya Bundesliqasında “Borussiya Dortmund” üzərində qələbəni (4:2) komandanın sabiq baş məşqçisi Yulian Naqelsmanna həsr edib.

Msport.az xəbər verir ki, Fransa millisinin üzvü Naqelsmannın istefaya göndərilməsinə təəccübləndiyini bildirib:
“Naqelsmann və onun iki köməkçisini işdən azad edəndə biz çox heyrətləndik. Bu qələbəni onlara həsr etmək istərdim. Lakin bu futboldur. Bu qərarları biz futbolçular vermirik. Yeni məşqçi çox təcrübəli və uğurludur. Biz irəli gedib bu cür oynamaqda davam etməliyik”.
Qeyd edək ki, “Borussiya” ilə görüş Tomas Tuhelin Münhen klubunun sükanı arxasında ilk oyunu olub. “Bayern” qələbə sayəsində 1-ci yerə yüksəlib.

ANAR

Bənzər xəbərlər