featured-image-28971

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Erlinq Haalandın yeni rekordu barədə fikrini bildirib. Msport.az xəbər verir ki, norveçli hücumçu bu mövsüm bütün turnirlərdə 50 qol vurub. Sonuncu dəfə bu göstəriciyə 1930-1931-ci illər mövsümündə Tam Uorinq çatıb.

“Bilirəm ki, bu rekord müəyyənləşəndə heç Uinston Çörçil baş nazir deyildi. Bu lap çoxdan olub” – Qvardiola “The Times”ə belə deyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Mançester Siti” – “Fulhem” oyununda (2:1) qollardan birini Haaland vurub. “Şəhərlilər”in digər qolununun müəllifi isə Xulian Alvares olub.

ANAR 

Bənzər xəbərlər