"Bu son son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən idi" - Qara Qarayev
“Qarabağ”ın kapitanı Qara Qarayaev “Olimpiakos”la UEFA Avsropa Liqasının oyunundan (3:0) sonra Yunanıstanın kingsport.gr saytına açıqlama verib.
Msport.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Pireydə çox vacib qələbə qazandıqlarını deyib:
“Gözəl atmosferdə çətin səfər oyunu oldu. Bu son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir. Birinci hissədə “Olimpiakos” bizə çətin anlar yaşadıb meydanda təzyiq göstərsə də, hətta belə anlarda belə topa nəzarəti əla ala bildik”.
Həmkarımızın “ikinci hissədə nə dəyişdi” sualına Qaranın cavabı belə olub: “Çox şey dəyişdi, lakin təfərrüatlara varmaq istəmirəm. Biz vəziyyətə nəzarət etməyə, yaratdığımız fürsətlərdən qol vurmağa başladıq. Oyunun böyük hissəsində “Olimpiakos” pis təsir bağışlamasa da, biz daha cəsarətli oynadıq. İstər evdə, istərsə də səfərdə öz oyunumuzu göstərməyə çalışırıq”.
Xəbərdə 30 yaşlı Qarayevin millinin oyunçusu olduğu, lakin Canni de Byazi tərəfindən son vaxtlar yığmaya çağırılmadığı da vurğulanıb. Bunun rəsmi səbəbi barədə açıqlama verilməsə də, mətbuatda müxtəlif versiyalar səsləndirilib. 16 yaşında “Qarabağ”a gələn futbolçu karyerası ərzində başqa heç bir klubun formasını geyinməyib. 33 yaşlı Maksim Medvedevlə birgə (zədə səbəbindən meydana çıxmadı) onlar Azərbaycan çemöionunun “bayraqdar”ı sayılırlar.







