featured-image-28416

“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel Almaniya Bundesliqası və Fransa Liqa 1-də çempionluğa olan münasibəti müqayisə edib.

Msport.az xəbər verir ki, Tuhel öz açıqlamasında PSJ-də ölkə çempionluğunu qazanmağın adi hal kimi qəbul olunduğunu bildirib.

“PSJ-də bu titul adi hal kimi qəbul edilir.  Bu titul klubda qalmaq üçün bəs etmirdi. “Bayern” ardıcıl olaraq Bundesliqanı qazansa belə, hər yeni çempionluq böyük coşquyla qarşılanır” – deyib alman mütəxəssis.

Xatırladaq ki, Tuhelin rəhbərliyi altında PSJ iki dəfə Fransa çempionu olub.  2019/2020-ci mövsümdə parislilər onunla dörd yerli titulun hamısını (Fransa Liqa 1, Fransa kuboku, Liqa Kuboku, Super Kubok) qazanmışdı. Komanda həmin mövsüm Çempionlar Liqasının da finalına qədər yüksəlməyi bacarmışdı.

Royal Türksoy

Bənzər xəbərlər