featured-image-22506

Belçika millisinin yeni baş məşqçisi Domeniko Tedesko təyinatını şərh edib. Msport.az RTBF-ya istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis bu posta necə təyin olunmasından danışıb:

“Diş həkimində olanda öyrəndim ki, Roberto Martines Belçika yığmasında fəaliyyətini davam etdirməyəcək. Skrinşot edib agentimə göndərdim ki, “bu vəzifəni ələ keçirmək üçün nə etməliyəm”? O, cavab verdi ki, bu çox çətin olacaq. Lakin indi mən burdayam. Buna görə çox şadam. Bu mənim üçün böyük şərəfdir”.

Xatırladaq ki, Roberto Martines Belçika seçməsi DÇ-2022-də uğursuz çıxış etdikdən sonra istefaya göndərilib.

Belçika Avro-2024-ün seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər