"Bu yara ömrü boyu açıq qalacaq" - Rişarlison
Rişarlison Braziliya dünya çempionatında mübarizəni dayandırdıqdan sonra azarkeşlərə müraciər edib.
Msport.az xəbər verir ki, “Tottenhem”in hücumçusu onun üçün ağır olduğunu bildirib:
“Bu müraciəti yazmaq həyatımda ən ağır iş oldu. Mən hələ də həmin günlə yaşayıram. Mən yata bilmirəm. Lənət şeytana, baş verənlər çox ağrı verir. Bu yara ömrü boyu açıq qalacaq. Çünki bilirik ki, bizim titul qazanmaq şanslarımız necə idi.
Mən desəm ki, biz hər şeyi etdik, əlimizdən gələn qədər mübarizə apardıq…bu futbolun bir hissəsidir, yaxşı olmayacaq. Amma həqiqətən belədir. Sanki yaxın adamımızı itirmişik, elə təsir edir. Bizdən sanki nəyisə qopardılar. Mən və dostlarım bununla yaşamalı olacağıq. Onların bəzisi isə bir daha bu şansı əldə etməyəcək.
Yaraları sarımaq və sizdən üzr istəmək vaxtı gəlib. Mənə hər şey verən, neçə dəfə xilas edən futbol həyatımdakı ən ağır zərbəni vurdu.
Dəstəyə görə, sağ olun”.
Xatırladaq ki, Braziliya dünya çempionatının 1\4 final mərhələsində Xorvatiyaya uduzaraq (1:1, penaltilərdə 2:4) mübarizəni dayandırıb.







