featured-image-49756

İngiltərə futbolunun əfsanəsi Harri Lineker milli komandanı tənqid edib. Msport.az xəbər verir ki, o, Avro-2024-ün II turunun İngiltərə – Danimarka oyunundan (1:1) sonra tənqidi fikirlər səsləndirib:

“Əgər istəyirsinizsə, müxtəlif sözlər və təhqirlər fikirləşmək olar, lakin bu, zibil idi. Biz bunu digər turnirlərdə də görmüşük. İngiltərə yaxşı başlayır sonra qol vurur və hər şey dəyişir. Bu demək olar ki, taktika kimidir, qol vurmaq və onu qoruyub saxlamaq. Onları başqa cür oynamağa öyrətmirlər?”

Qeyd edək ki, İngiltərə millisi 2 oyundan sonra 4 xalla C qrupunun vahid lideridir. Qaret Sautgeytin komandası qrup mərhələsinin son oyununda iyunun 25-də Sloveniya ilə üz-üzə gələcək.

Bənzər xəbərlər