Buffon istefa verir
İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon vəzifəsindən istefa verə bilər.
Msport.az xəbər verir ki, “Yuventus”un əfsanəvi qapıçısı yığmanın Avropa çempionatındakı uğursuz çıxışından sonra bu addımı atmaq barədə düşünür.
Buffon İtaliya Futbol Federasiyasının rəhbəri ilə görüşərək millidəki gələcəyini müzakirə edəcək. Bundan sonra Canluicinin postunu tərk edib-etməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, AVRO-2024-də İspaniya, Xorvatiya və Albaniya ilə B qrupunda çıxış edən İtaliya yığması 1/8 finala adlaya bilməyib.