"Bundan da çox qollar vuracağıma ümid edirəm" - Harri Keyn
İngiltərə milli komandasının heyətində qollarının sayını 54-ə çatdıran Harri Keyn rekordçu olub. “Tottenhem”in hücumçusu millinin ən yaxşı bombardirinə çevrilib.
Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu əla formada olduğunu deyib:
“29 yaşım var və özümü güclü hiss edirəm, əla formadayam. Karyeramın ən yaxşı dönəmində. Ümid edirəm ki, hələ qarşıda çox illər oynaya biləcəm.
Milli komandada oynamaq futbolda mənim üçün ən xoş hissdir. Millidə bacardığım qədər çox oynamaq və hücumçu kimi hər oyun qol vurmaq istəyirəm. Hələ bundan da çox qollar vuracağıma ümid edirəm”.
ANAR ABDULLAYEV







