Bundesliqa çempionu 47-yə çatdı
Almaniyanın “Bayer” klubunun məğlubiyyətsiz oyunlar seriyası 47-yə çatıb.
Msport.az xəbər verir ki, Bundesliqa çempionu ötən gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İtaliyada “Roma”ya qalib gəlib – 2:0.
Leverkuzen təmsilçisi 39 matçda qələbə qazanıb, 8 dəfə heç-heçə edib.