featured-image-29538

Almaniyanın “Ayntraxt” klubu mövsümün sonunda baş məşqçisi Oliver Qlasnerlə yollarını ayıracaq.

Msport.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Avstriyalı mütəxəssislə bu barədə qarşılıqlı razılıq əldə olunub. Halbuki, tərəflər arasındakı müqavilə növbəti mövsümün sonuna qədər idi.

Tərəflərin erkən ayrılıq qərarına komandanın cari mövsümdəki çıxışı səbəb olub. Frankfurt təmsilçisi 31 oyuna topladığı 43 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Qlasner 2021-ci ilin yayından “Ayntraxt”a rəhbərlik edir. 48 yaşlı mütəxəssis ilk mövsümündə “Ayntraxt”ı Avropa Liqasının qalibi etmişdi.

Bənzər xəbərlər