featured-image-23974

Almaniyanın “Leypsiq” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriya millisinin və “Zalsburq”un yarımmüdafiəçisi Nikolas Zayvaldı transfer edib.

21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Amma o, “Leypsiq”ə bu mövsüm başa çatandan sonra, 2023-cü ilin yayında qoşulacaq.

“Liferinq”in yetirməsi olan Zayvald 2020-ci ildən “Zalsburq”un uğurları üçün çalışır. O, bu komandanın heyətində 95 oyuna 3 qol vurub. Gənc yarımmüdafiəçi 2021-ci ildən dəvət aldığı Avstriya yığmasında da 10 oyun keçirib.

Bənzər xəbərlər