featured-image-15787

Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi məlum olub.

Msport.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Helzenkirhen komandasını Tomas Rays çalışdıracaq.

Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.

“Şalke” ötən həftə Frank Krameri istefaya göndərib.

Bənzər xəbərlər