featured-image-41174

Almaniyanın “Köln” klubu baş məşqçisi Şteffen Baumqartla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz çıxışlarına görə almaniyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Köln” hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb. Baumqart 2021-ci ildən “Köln”ü çalışdırırdı.

Bənzər xəbərlər