featured-image-16892

Almaniya Futbol Assosiasiyasının (DFB) Nəzarət Komitəsi “Hamburq”un müdafiəçisi Mario Vuşkoviçi müvəqqəti olaraq futboldan kənarlaşdırıb.

Msport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Buna antidopinq qaydalarını pozmaqda şübhəli bilinən xorvatiyalı oyunçu ilə bağlı araşdırmaların başlaması səbəb olub. Almaniya Milli Antidopinq Agentliyinin (NADA) 21 yaşlı futbolçudan götürdüyü qan nümunəsində eritropoetin aşkarlanıb. DFB-nin İdman məhkəməsi növbəti addımlar barədə gələn həftənin əvvəlində qərar verəcək.

Xatırladaq ki, Mario Vuşkoviç bu ilin iyulundan “Hamburq”da çıxış edir.

Bənzər xəbərlər