featured-image-19910

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçularla gücləndirib.

Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Auqsburq”dan Florian Niederlexneri, “Holştayn”dan isə Fabian Rezeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niederlexnerlə 2025-ci ilin, Reze ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb. Floriandan fərqli, Fabian bu mövsümün sonuna kimi indiki klubunda qalacaq. O, yeni komandasına yayda qoşulacaq.

Almaniya klubu norveçli sol cinah müdafiəçisi Fredrik Byorkanla da yollarını ayırıb. O, Norveçin “Bodo Qlimt” klubuna transfer olunub. 24 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 31 iyuluna kimi müqavilə bağlayıb.

Bənzər xəbərlər