Bundesliqa klubunda qalmaqal
“Leypsiq”in müdafiəçisi El Şadayl Bitşiabu komandasını pis vəziyyətdə qoyub.
Msport.az xəbər verir ki, 19 yaşlı fransalı futbolçu komandanı aeroporta aparan avtobusa gecikdiyi üçün səfər matçına gedə bilməyib.
“Leypsiq”in baş məşqçisi Marko Rose hadisəyə belə şərh verib: “Əminəm ki, o, oyundaşlarından üzr istəyəcək. Onun başını qoparmaq fikrində deyiləm, o, bundan dərs almalıdır”.
Bundesliqanın 22-ci turu çərçivəsində “Auqsburq”la keçirilən oyunda qonaqlar bir xal qazana biliblər – 0:0.
Qeyd edək ki, PSJ-nin yetirməsi olan Bitşiabu bu mövsüm ümumilikdə 16 oyunda meydana çıxıb.