Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın “Yunion”un (Berlin) komandasının yeni baş məşqçisi açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb
paytaxt təmsilçisinin “sükanı arxası”na Şteffen Baumqart gətirilib. Mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, çalışdırıcının son iş yeri “Hamburq” olub.