featured-image-41421

Almaniyanln “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Napoli”dən Elif Elması transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şimali Makedoniya millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. “Leyptsiq” 24 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna 25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Elif Elmas cari mövsümdə “Napoli”nin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol vurub.

Bənzər xəbərlər