featured-image-25238

Almaniyanın “Frayburq” klubu baş məşqçisi Kristian Ştrayxla yeni müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Lakin 57 yaşlı mütəxəssislə sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Onunla yanaşı, köməkçiləri Patrik Bayer, Florian Bruns və Yulian Şusterlə də yeni müqavilə imzalanıb.

Məşqçiliyə məhz “Frayburq”da başlamış Ştrayx 2011-ci ildən Bundesliqa təmsilçisinə rəhbərlik edir. O, bu komandanı 430 rəsmi matça çıxarıb.

Bənzər xəbərlər