Bundesliqa klubundan “Əl-Nəsr”ə keçdi
Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Məhəmməd Simakan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Msport.az xəbər verir ki, müdafiəçi “Əl-Nəsr”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, fransalı oyunçu 2021-ci ildən Bundesliqa təmsilçisinin formasını geyinib.