featured-image-53741

“Haydenheym”in yarımmüdafiəçisi Paul Vanner tarixə düşüb.

Msport.az xəbər verir ki, 18 yaşlı futbolçu Bundesliqa tarixində penaltidən qol vuran ən gənc oyunçu olub.

Almaniyanın gənclər millisinin üzvü ölkə çempionatının II turunda “Auqsburq”u 4:0 hesabı ilə məğlub etdikləri görüşdə hesabı açıb. Vanner həm də Bundesliqa mövsümünün ilk iki turunda qol vuran ən gənc oyunçu ünvanına yiyələnib.

Qeyd edək ki, Paul Vanner müqavilə ilə “Bavariya”ya məxsusdu və “Haydenheym”də icarə əsasında çıxış edir.

Bənzər xəbərlər