featured-image-60036

Almaniya Bundesliqasında ötən ayın ən yaxşı futbolçusu açıqlanıb.

Msport.az xəbər verir ki, bu ada “Bayer”in üzvü Florian Virtz layiq görülüb.

21 yaşlı oyunçu dekabrda Almaniya çempionatının üç oyununda iştirak edib. Virts bu oyunlarda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Florian Virts Bundesliqada bu mövsüm 17 oyun keçirib. O, bu oyunlarda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər