Bundesliqada ilin rəmzi komandası
Almaniya Bundesliqasında 2024-cü ilin rəmzi komandası bəlli olub.
Msport.az xəbər verir ki, “11-liy”i “Sofascore” internet portalı tərtib edib.
Ən yüksək balı (7,82) Leverkuzen “Bayer”nin yarımmüdafiəçisi Florian Virtz toplayıb.
Simvolik komandaya aşağıdakı oyunçular daxil edilib:
Qapıçı: Frederik Rönnov (“Yunon”, xal – 7,29);
Müdafiəçilər: Alexandro Qrimaldo (“Bayer”, Leverkuzen – 7,68), Niko Şlotterbek (“Borussiya”, Dortmund – 7,36), Villi Orban (“RB Leypsiq” – 7,18), Coşua Kimmix (“Bavariya” – 7,68);
Yarımmüdafiəçilər: Qranit Xaka (“Bayer”, Leverkuzen – 7,59), Nadim Amiri (“Bayer”, Leverkuzen/Maynts – 7,39), Camal Musiala (“Bavariya” – 7,78), Florian Virts (“Bayer”, Leverkuzen – 7,78), 82);
Hücumçular: Harri Keyn (“Bavariya” – 7,74), Ömər Marmuş (“Ayntraxt” – 7,72).