featured-image-45896

Mats Hummels Almaniya Bundesliqasında rekorda imza atıb.

Msport.az xəbər verir ki, o, “Bavariya” – “Borussiya D” derbisində 29-cu dəfə meydana çıxıb.

Hummels bu göstəricidə Mixail Tsorku geridə qoyub. Karyerası ərzində hər iki komandanın şərəfini qoruyan və 5 dəfə Almaniya çempionu olub. O, 2 dəfə “Borussiya”nın, 3 dəfə isə “Bavariya”nın heyətində qızıl medal qazanıb.

Qeyd edək ki, Mats 2023/2024 mövsümündə Bundesliqada 19 oyunda 2 qol vurub, 3 ötürmə edib.

Bənzər xəbərlər