featured-image-41976

Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn Robert Levandovskinin rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna “Hoffenhaym”a 3:0 hesabı ilə qalib gəldikləri Bundesliqanın XVII tur matçında nail olub,

Komandasının üçüncü qolunu vuran forvard cari mövsüm çempionatda 22-ci dəfə fərqlənib.

Beləliklə, Keyn Bundesliqanın ilk yarısında vurulan qolların sayına görə polşalı həmkarına çatıb.

Qetd edək ki, ingiltərəli oyunçu mövsümün əvvəlində Münhen təmsilçisinə keçib. Hazırda İspaniyada “Barselona”nın uğurları üçün çalışan Levandovski 2014-2022-ci illərdə “Bavariya”nın formasını geyinib.

Bənzər xəbərlər