Bundesliqadakı rekord qırıldı
Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn Bundesliqada 25-ci qoluna imza atıb.
Msport.az xəbər verir ki, təcrübəli hücumçu XXII turun “Bohum”la matçında fərqlənib.
Keyn Bundesliqa tarixinə 25-ci qolu ən tez vuran oyunçu kimi düşüb. O, Erlinq Halandın Dortmund “Borussiya”sında imza atdığı rekordu yeniləyib.
Norveçli 25-ci qolu 25-ci oyununda vurub.
Qeyd edək ki, “Bavariya” “Bohum”a 2:3 hesabı ilə uduzub.







