Bundesliqanın çempionunda yeni yarımmüdafiəçi
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az Bundesliqa çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Jirona”dan Aleş Qarsiya transfer edilib.
İspaniyalı yarımmüdafiəçi Leverkuzen təmsilçisi ilə 5 illik sözləşməyə imza atıb.
Aleş Qarsiya ötən mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.