Bundesliqanın ən dəyərli futbolçuları açıqlanıb
Cud Belllinqemin transfer dəyəri 120 milyon avroya yüksəlib. Msport.az xəbər verir ki, bu barədə transfermarkt.com saytı məlumat yayıb.
“Borussiya”nın futbolçusunun qiyməti DÇ-2022-dən sonra 10 milyon artıb. O, Almaniya Bundesliqasının ən bahalı oyunçusudur. İngiltərə millisinin üzvü dünyada “Real”ın hücumçusu Vinisius Juniorla birgə 3-cü yeri bölüşür.
Dünya reytinqinə Kilian Mbappe (PSJ, 180 milyon) ilə Erlinq Haaland (Mançester Siti, 170 milyon) başçılıq edirlər.
Almaniya çempionatında 2-ci yeri “Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musiala tutur – 110 milyon. Onun dəyəri dekabrla müqayisədə 10 milyon artıb. 3-cü sırada “Bayer”in yarımmüdafiəçisi Florian Virtsdir (85 milyon, +15 milyon).
İlk beşliyə “Leyptsiq”dən Kristofer Nkunku (80 milyon) və “Bayern”dən Yozua Kimmix də (80 milyon) düşüb.
ANAR







