Bundesliqasının ən yaxşısı açıqlandı
Almaniya Bundesliqasında martın ən yaxşı futbolçusu müəyyənləşib.
Msport.az xəbər verir ki, qurumun mətbuat xidməti ötən ayın ən yaxşısı adına Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin seçildiyini açıqlayıb.
O, bu ad uğrunda Niko Nadim Amiri, Maykl Olise, Xavi Simons, Robin Hak və Nordi Mukieleni üstələyib.
25 yaşlı Şlotterbek martda Bundesliqada 4 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.