“Bunun səbəblərini PSJ-ni quran insanlardan soruşmalısız” – Kilian Mbappe
Kilian Mbappe növbəti dəfə gündəmə düşəcək açıqlamalar verib.
Msport.az xəbər verir ki, Fransa millisinin üzvü PSJ-nin Çempionlar Liqasındakı uğursuzluğunun səbəbini klub nümayəndələrindən soruşmaq lazım olduğunu deyib:
“Mən bilmirəm, PSJ-də nə çatmır. Ümumiyyətlə, bu sual mənə ünvanlanmalı deyil. Siz bunun səbəblərini komandanı quran, bura futbolçuları dəvət edən insanlardan soruşmalısız. Mən öz işimi ən yaxşı şəkildə görməyə çalışıram.
Bu mövsüm klubda 40-a yaxın qol (əslində 41 qol) vurmuşam. Millidə də fərqlənmişəm.
Beş il dalbadal Liqa-1-in ən yaxşı oyunçusu, bombardiri olmuşam.
Təəssüf ki, Çempionlar Liqasında “Bayern”lə oyundan əvvəl zədə aldım. Cavab matçında biz heç nə edə bilmədik.
Öz standartlarıma görə daha çox şeyə nail ola bilərdim. Ancaq mən sehrbaz deyiləm. Digər komanda yoldaşlarım da əllərindən gələni etdilər. Ona görə deyirəm ki, bu sual mənə deyil”.







