featured-image-29161

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland qol sayına görə İngiltərə Premyer Liqasında müəyyənləşdirdiyi rekorddan danışıb.

Msport.az xəbər verir ki, norveçli futbolçu bununla kifayətlənməyəcəyini deyib: “Premyer Liqada 35 qol! Dəstək olan hər kəsə təşəkkür edirəm. Sizsiz buna nail ola bilməzdim. Biz bununla kifayətlənməyəcəyik”.

Haaland bu mövsüm Premyer Liqada 31 oyunda 35 qol vurub.

22 yaşlı futbolçu bir mövsüm vurulan qol sayına görə uzun illər Endi Koul və Alan Şirerə məxsus olan rekordu yeniləyib.

ANAR

Bənzər xəbərlər