featured-image-21778

“Qarabağ”dan “Ferentsvaroş”a transfer olunan Ovusu Kvabena yeni komandası barədə danışıb.

Msport.az klubun rəsmi  saytına istinadən xəbər verir ki, qanalı hücumçu əsas məqsədlərinin Çempionlar Liqasının qrupuna düşmək olduğunu deyib:

“Ferensvaroş” əla komandadır. Hazırlıq zamanı internetə baxıb bu klubun necə bir tarixə malik olduğunu gördüm.

O vaxt “Ferentsavoş”la üz-üzə gələndə komanda yoldaşlarıma dedim ki, “uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq. Oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirlər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıyıq”.

“Ferentsvaroş”a gəlmişəm ki, ümumi hədəfimizə –  yenidən ÇL-in qrupuna düşməyə kömək edim. İstərdim ki, bütün bacarığımla komandaya yardım göstərim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq”.

Xatırladaq ki, Ovusunun iyuna kimi müqaviləsi olsa da, “Qarabağ” futbolçunu Macarıstan təmsilçisinə satıb.

AYXAN 

 

 

 

 

 

Bənzər xəbərlər