Burak Yılmaz istefa verdi
Türkiyənin “Beşiktaş” komandasında baş məşqçi səlahiyyətlərini yerinə yetirən Burak Yılmaz istefa verib.
Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin öz istəyi ilə postundan ayrıldığı bildirilib.
Qeyd edək ki, “Beşiktaş” ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununda evdə Norveçin “Budyo-Qlimt” klubuna 1:2 hesabı ilə uduzub.