featured-image-29523

Serxio Buskets “Barselona”nı tərk etmək qərarına gəlib. Msport.az xəbər verir ki, bu bardə “Marca” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yarımmüdafiəçi artıq komanda yoldaşlarına klubdan ayrılacağını deyib. O, yaxın vaxtlarda qərarı ilə bağlı rəsmi açıqlama verəcək.

Xavi futbolçunun qalmasını istəsə də, klub yeni müqaviləni əməkhaqqının 30 faiz azaldılması müqabilində bağlamaq niyyətində idi.

Busketsin müqaviləsi mövsümün sonunda başa çatır.

34 yaşlı oyunçu “Barselona”nın yetirməsidir. O, 2008-ci ildən komandada çıxış edir. Yarımmüdafiəçi Kataloniya klubunda 3 dəfə Çempionlar Liqasını qazanıb.

ANAR 

 

Bənzər xəbərlər