featured-image-19527

“Barselona”nın kapitanı Serxio Buskets komandanın baş məşqçisi Xavi və klub idarəçilərinin təkidi ilə cari mövsümün sonunda iş yerini dəyişmək fikrindən daşınıb.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yayda MLS klublarından birinə yollanmağı planlaşdıran 34 yaşlı yarımmüdafiəçi azı daha 1 mövsüm Kataloniya təmsilçisində top qovacaq.

Xatırladaq ki, Buskets yetirməsi olduğu “Barselona” ilə 8 dəfə İspaniya La Liqasının, 7 dəfə ölkə kubokunun qalibi olub. O, 3 dəfə UEFA Çempionlar Liqasında və Super Kubokunda, eləcə də klublararası dünya çempionatında titula sahib çıxıb.

Son günlərdə Busketsin klub rəhbərliyinin 1 illik yeni müqavilə təklifini qəbul etmədiyi barədə xəbərlər yayılmışdı. Onun mövcud müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bənzər xəbərlər