featured-image-30438

“Barselona”nın müdafiəçisi Jordi Alba mövsümün sonunda klubu tərk etmək qərarına gəlib. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu yaxın saatlarda öz qərarını açıqlayacaq.

Bu gün axşam saatlarında isə Alba mətbuat konfransı keçirəcək. Mayın 28-də o və Serxio Buskets “Kamp Nou”da “Barsa”azarkeşləri ilə vidalaşacaqlar.

Albanın Kataloniya klubu ilə daha bir il müqaviləsi olsa da, tərəflər əməkdaşlığı dayandırmağı qərara alıblar.

34 yaşlı oyunçu “Barselona”da 11 mövsüm ərzində 458 matça çıxıb. O, 27 qol vurub və 99 məhsuldar ötürmə verib. Alba “Barselona”da 18 titul qazanıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər