featured-image-29605

“Real”ın və İspaniya millisinin sabiq baş məşqçisi Xulen Lopeteqi mövsümün sonunda “Barselona”dan ayrılacaq Serxio Buskets haqqında fikirlərini bildirib.

Msport.az xəbər verir ki, hazırda İngiltərənin “Vulverhempton” klubunu çalışdıran mütəxəssis Busketsi İspaniya futbolu tarixinin ən yaxşı yarımmüdafiəçisi adlandırıb:

“Buskets unikal oyunçudur. Meydandakı intellekt nöqteyi-nəzərdən o, orta səviyyədən xeyli yüksəkdir. Mənim üçün Serxio İspaniya futbolu tarixinin ən yaxşı yarımmüdafiəçisidir”.

Qeyd edək ki, Busketsin Lionel Messi ilə birgə Səudiyyə Ərəbistanın “Əl Hilal” klubuna keçəcəyi barədə xəbər yayılıb. Bundan başqa, onun MLS-dən də təklifləri var.

ANAR 

 

Bənzər xəbərlər