featured-image-29898

“Barselona” La Liqanın 34-cü turunun matçında “Espanyol”u (4:2) məğlub edərək vaxtından əvvəl İspaniya çempionu olub.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Busquets üçün bu kubok 32-ci olub. Bu göstəriciyə görə Buskets Andres İnyestaya çatıb. “Barsa”nın heyətində ən çox titul qazanan futbolçu isə Lionel Messidir (35).

Qeyd edək ki, 34 yaşlı Buskets mövsümün sonunda “Barsa”nı tərk edəcək.

Royal Türksoy

Bənzər xəbərlər