featured-image-32178

Serxio Buskets “İnter Mayami” ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, MLS təmsilçisi ispaniyalı futbolçunun keçidini açıqlayıb.

34 yaşlı futbolçu “Barselona”nı bu yay azad agent kimi tərk edib. O, yenidən Lionel Messi ilə birgə çıxış edəcək.

İspaniya millisinin sabiq üzvü ABŞ-da ən azı iki il keçirəcək.

“İnter Mayami” Busketsdən başqa, Jordi Albanı da heyətə cəlb edə bilər. “Barselona”nın daha bir sabiq üzvü “İnter Mayami” ilə danışıqları davam etdirir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər