featured-image-23304

“Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsin zədəsi sağalıb və o, İspaniya La Liqasının 22-ci turunda meydana çıxa bilər.

Msport.az xəbər verir ki, Kataloniya klubunun rəqibi “Kadis” olacaq.

Buskets La Liqanın 20-ci turunda “Sevilya” ilə oyunda (3:0) ayaq biləyindən zədə alaraq, 8-ci dəqiqədə əvəzlənmişdi.

34 yaşlı futbolçu növbəti iki matçda meydana çıxa bilməmişdi.

Xatırladaq ki, “Barselona” – “Kadis” görüşün fevralın 19-da Bakı vaxtı ilə 00:00-da başlayacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər